Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ28-05-2020, 13:56 |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Xidmətdən Oxu.Az-a verilən məlumata əsasən, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Rubrika.Az Geri qayıt |