Əsas Səhifə > İdman > “Qalatasaray” Azərbaycanı təbrik edib

“Qalatasaray” Azərbaycanı təbrik edib


28-05-2020, 17:40
“Qalatasaray” Azərbaycanı təbrik edib


Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib.

Rubrika.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!".

Qeyd edək ki, Türkiyənin digər klubu "Çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.


Rubrika.Az
Geri qayıt