Əsas Səhifə > Hadisə > Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi
Bakıda evdən məişət əşyaları oğurlayan ələ keçdi28-05-2020, 17:46 |
|
Bakıda evdən oğurluq edən şəxs saxlanılıb. Rubrika.Az xəbər verir ki, hadisə Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən paytaxt sakin L.Mustafayevə məxsus yaşayış evində qeydə alınıb. Belə ki, aprelin 10-dan mayın 12-nə qədər L.Mustafayevin evdə olmadığından istifadə edən şəxs mənzildən iki min manat dəyərində məişət əşyaları oğurlayıb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng mərkəzinə məlumat daxil olub. Daxil olan məlumat əsasında, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Narkotiklə Mübarizə Bölməsi və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində evdən oğurluq etməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ş.Teymurov müəyyən olunaraq saxlanılıb. Onun üzərindən 0,690 qr heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı Ş.Teymurovun daha əvvəl Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkumluq həyatı yaşadığı müəyyənləşib. Rubrika.Az Geri qayıt |