Əsas Səhifə > İdman > A seriyasının bərpa tarixi dəyişib
A seriyasının bərpa tarixi dəyişib28-05-2020, 22:26 |
|
Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının 2019/20 mövsümünün bərpası ilə bağlı növbəti qərar qəbul olunub. Rubrika.Az-ın Apasport-a istinadən xəbərinə görə, yarışın davam etdiriləcəyi tarix yenidən dəyişdirilib. Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O bildirib ki, A seriyasında oyunlar iyunun 20-də bərpa olunacaq. Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı. Rubrika.Az Geri qayıt |