Əsas Səhifə > Müsahibə > Əli Əsədov MDB ölkələrinin Baş nazirləri ilə koronavirusu müzakirə edəcək
Əli Əsədov MDB ölkələrinin Baş nazirləri ilə koronavirusu müzakirə edəcək29-05-2020, 11:36 |
![]() Azərbaycanın Baş naziri Əli Əsədov MDB ölkələri hökumət başçılarının videokonfransında iştirak edəcək. Rubrika.Az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilir ki, MDB Hökumət Başçıları Şurası iclasının gündəliyinə 15 məsələ daxildir. Onların arasında MDB ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının əsas istiqamətlərini müəyyən edən 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyası layihəsi, həmçinin birləşmə çərçivəsində bir sıra başqa sənədlər var. Videokonfransda kooperasiya və iqtisadi, nəqliyyat-logistika, energetika, mədəni-humanitar sferalar üzrə mövzular da müzakirə ediləcək. Bunlardan başqa, hökumət başçıları koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə birgə səylərə xüsusi diqqət ayıracaqlar. İclasın nəticəsinə görə nəqliyyat, energetika, təhsil, mədəniyyət, gənclər siyasəti, bədən tərbiyəsi və idman sahələrində qarşılıqlı fəaliyyətin inkişafı haqqında birgə sənədlərin qəbulu nəzərdə tutulur. Qeyd edək ki, bu il MDB-yə Özbəkistan sədrlik edir, buna görə iclas həmin ölkənin Baş naziri Abdulla Aripovun sədrliyi ilə keçəcək. İclasda A.Aripovdan və Əli Əsədovdan başqa Rusiyanın Baş naziri M. Mişustin, Belarusun hökumət rəhbəri Sergey Rumas, Qazaxıstanın Baş naziri Askar Mamin, Moldovanın Baş naziri İon Kiku və digər ölkələrin baş nazirləri, hökumət başçılarının müavinləri iştirak edəcəklər. Onu da xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 25 oktyabr 2019-cu ildə Moskvada keçirilib. Rubrika.Az Geri qayıt |