Əsas Səhifə > Cəmiyyət > Bakıda arvadını öldürən kişi həbs olundu - RƏSMİ

Bakıda arvadını öldürən kişi həbs olundu - RƏSMİ


29-05-2020, 13:53
Bakıda arvadını öldürən kişi həbs olundu - RƏSMİ

Mayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Rubrika.Az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rubrika.Az
Geri qayıt