Əsas Səhifə > Cəmiyyət > İri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur

İri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur


29-05-2020, 17:19
İri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).

Rubrika.Az
Geri qayıt