Əsas Səhifə > Cəmiyyət > İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ29-05-2020, 20:22 |
|
Mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Milli Hidrometeoroloji Xidmətdən Rubrika.Az-a verilən xəbərə görə, mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel keçəcəyi ehtimalı var. Rubrika.Az Geri qayıt |