Əsas Səhifə > Səhiyyə > 1124 ölüm, 26 928 yeni yoluxma - Braziliya qan ağlayır

1124 ölüm, 26 928 yeni yoluxma - Braziliya qan ağlayır


30-05-2020, 10:33
1124 ölüm, 26 928 yeni yoluxma - Braziliya qan ağlayır

Braziliyada koronavirusa yoluxanların gündəlik sayı rekord qırıb.

Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, son sutka ərzində 26 min 928 nəfərdə COVİD-19 simptomları aşkarlanıb. Beləliklə virus daşıyıcılarının sayı 465 min 166 nəfərə çatıb. Hazırda Braziliya yoluxma sayına görə İspaniyanı geridə qoyub.

Bildirək ki, Braziliyada 4 gün ardıcıl olaraq min nəfərdən çox insan ölüb. Son 24 saatda isə 1124 ölüm hadisəsi qeydə alınıb. Ümumilikdə bugünədək koronavirus Braziliyada 27 min 878 can alıb

Rubrika.Az
Geri qayıt