Əsas Səhifə > Mədəniyyət > "Lider" TV-nin müflis elan edilməsi barədə iddia qaldırıldı
"Lider" TV-nin müflis elan edilməsi barədə iddia qaldırıldı1-06-2020, 11:55 |
![]() Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacaq. “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir. ("Report") Rubrika.az Geri qayıt |