Əsas Səhifə > Dünya > “ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var” - Obamanın eks-müşaviri
“ABŞ-dakı iğtişaşlarda Rusiyanın əli var” - Obamanın eks-müşaviri1-06-2020, 12:29 |
|
ABŞ-dakı etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda özgə barmağının olması və Rusiya tərəfindən maliyyələşdirilməsi mümkündür. Rubrika.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri eks ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Süzan Rays bildirib. Fox News-un verdiyi məlumata görə, Rays dinc etiraz aksiyasını iğtişaşlara çevirmək üçün ruslar sosial şəbəkələr vasitəsilə ekstremistləri təhrik edərsə, təəccüblənməyəcəyini bildirib. O həmçinin əlavə edib ki, "ruslar bunu bu və ya digər şəkildə maliyyələşdirə bilər", lakin o, iddialarını dəstəkləyəcək heç bir dəlil təqdim etməyib. Xatırladaq ki, Afro-amerikalı Corc Floydun Minnesota ştatında polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə əlaqədar bir çox şəhərlərdə geniş etiraz aksiyaları keçirilir. Rubrika.Az Geri qayıt |