Əsas Səhifə > Səhiyyə > Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub
Gürcüstanda 100-dən çox uşaq və yeniyetmə koronavirusa yoluxub1-06-2020, 15:23 |
|
Gürcüstanda koronavirusla bağlı 57 768 şühbəli hal müəyyən edilib və onların 794-ü təsdiqlənib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib. Onun sözlərinə görə, ölkədə COVID-19-a yoluxanların 78%-i artıq sağalıb, xəstəlikdən ölüm göstəricisi isə 1,5% təşkil edir. A.Qamkrelidze deyib ki, 723 uşaq koronavirusla bağlı müayinədən keçirilib: “0-14 yaş arasında olan 72 uşaq, 15-19 yaş arasında olan 32 yeniyetmədə virus aşkarlanıb”. Rubrika.Az Geri qayıt |