Əsas Səhifə > Siyasət > Elman Rüstəmov bağlanan banklardakı əmanətlərdən danışdı
Elman Rüstəmov bağlanan banklardakı əmanətlərdən danışdı1-06-2020, 16:20 |
|
Bu gündən başlayaraq "Atabank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "Kapitalbank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb. RUBRİKA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib. "1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi gözlənilir", - deyə E. Rüstəmov bildirib. Bu iki banda agent bank olaraq "Kapitalbank" ASC-dir. Bildirək ki, 16 iyun 2020-ci il tarixindən başlayaraq "AGBank" ASC və "NBC Bank" ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi, 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi mümkün olacaq. Bu iki bankda isə agent olaraq Azərbaycan Beynəlxalq Bankı seçilib. RUBRİKA.AZ Geri qayıt |