Əsas Səhifə > Müsahibə, İdman > "Neftçi"nin futbolçusu: "Karantin dövrü ağır keçdi" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu: "Karantin dövrü ağır keçdi" - MÜSAHİBƏ1-06-2020, 18:18 |
|
"Neftçi" ilə müqavilənin müddətini uzadan Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir... - "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir? - Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır. - Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb? - Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır. - Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız? - Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim. - Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz? - Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək. - Futbol üçün çox darıxmısız? - Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar. Rubrika.Az Geri qayıt |