Əsas Səhifə > İdman > Rusiya Premyer Liqası azarkeşlərlə bərpa olunacaq

Rusiya Premyer Liqası azarkeşlərlə bərpa olunacaq


2-06-2020, 14:00
Rusiya Premyer Liqası azarkeşlərlə bərpa olunacaq

Futbol üzrə Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq.

Rubrika.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə baş nazirin müavini Dmitri Çernışenko bildirib.

O, çempionat matçlarında azarkeşlərin məhdud sayda (stadionun tutumunun 10 faizinə qədər) olacağını söyləyib.

Qeyd edək ki, Rusiya Premyer Liqası martın 17-də koronavirus pandemiyasına görə dayandırılıb.

Rubrika.Az
Geri qayıt