Əsas Səhifə > Siyasət > Azərbaycanın 20 faizindəki son erməni təyinatları Kremldə çox pis qarşılandı...

Azərbaycanın 20 faizindəki son erməni təyinatları Kremldə çox pis qarşılandı...


2-06-2020, 14:27
Azərbaycanın 20 faizindəki son erməni təyinatları  Kremldə çox pis qarşılandı...

"Bu məqamda əsl milli(!) diplomatiya gərəkdir ki, aranı daha da qızışdıraraq torpaqlarımızın azadlığına şərait yaratsın...""Diplomatiyamızın gücünə inanmayanlar Nyu-Yorkdakı milli(?) mülklərimizə baxsın..."

“Deyirlər ki, “DQR” “prezidenti” Araik Arutyunyanın Yerevanla son razılaşdırılmış təyinatları, xüsusən Masis Mailyanın “xarici işlər naziri” postuna təyin olunması Rusiyada çox pis qarşılanıb”.

Rubrika.Az xəbər verir ki, bunu işğalçı ölkənin “İrates" qəzeti yazıb.

“Masis Mailyanın Armen Qriqoryanla(Ermənistan Təhlükəsizlik Şurasının katibi-S.L.) “təntənəli” telefon danışığı Soros “məktəbi” nin onun “ölümsüzlüyünü” göstərməyə çalışmasından daha pis reaksiya verib. Və bütün bunlar Rusiyanın erməni tərəfinə Samvel Babayan (artıq Qarabağda “milli təhlükəsizlik şurası”nın katibi olan) və ya Mailyanla problemi olduğunu dəfələrlə izah etdiyi bir vaxtda baş verir. Bu günə qədər Moskva M.Mailyanın Rusiyada arzuolunmaz şəxs olması barədə məlumatları rəsmi şəkildə təkzib etməyib. Və bu təyinatların əsl ünvanının Nikol Paşinyan olduğunu və Kremlə qarşı de-fakto demarş hesab edildiyini nəzərə alaraq Rusiyaya girişinə maneə törədib”- Ermənistan nəşrində belə deyilir.

P.S. Bu məqamda əsl milli(!) diplomatiya gərəkdir ki, aranı daha da qızışdıraraq torpaqlarımızın azad edilməsinə şərait yaratsın...

P. P.S. Diplomatiyamızın gücünə inanmayanlar Nyu-Yorkdakı milli(?) mülklərimizə baxsın..."

Rubrika.Az
Geri qayıt