Əsas Səhifə > Təhsil > İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb
İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin tarixi açıqlanıb2-06-2020, 17:48 |
|
"İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq. Burada hüquqi bir zərurət var ki, iyun ayından avqustun 20-nə qədər müəllimlər məzuniyyətdə olurlar". Rubrika.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib. O deyib ki, digər tərəfdən şagird müraciətlərini məktəb tam toplamalı və bir plan hazırlamalıdır: "Elə məktəb ola bilər ki, heç kim müraciət etmir, eləsi də var ki, kifayət qədər müraciət olur. Planlaşdırma üçün ən yaxşı vaxt məhz 20-29 avqust nəzərdə tutulub". Rubrika.Az Geri qayıt |