Əsas Səhifə > Hadisə > Bakıda 35 yaşlı kişinin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
Bakıda 35 yaşlı kişinin özünü yandırması faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ2-06-2020, 18:31 |
|
Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Rubrika.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır. Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib. Rubrika.Az Geri qayıt |