Əsas Səhifə > Cəmiyyət > Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək2-06-2020, 20:36 |
|
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da əksini tapıb. Sənədə əsasən, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi təmin olunmalıdır. Rubrika.Az Geri qayıt |