Əsas Səhifə > Siyasət > “Prezidentdən televizor istəyirlər” - Siyavuş Novruzov

“Prezidentdən televizor istəyirlər” - Siyavuş Novruzov


3-06-2020, 19:59
“Prezidentdən televizor istəyirlər” - Siyavuş Novruzov


Bir çox hallarda vətəndaşlar ölkə başçısına yazılan məktublara cavab gəlmədiyini bildirir. Bu məktublar ölkə başçısına çatırmı?

Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, istənilən məktub ölkə başçısına çatır:

“Prezidentə yazılan məktublar istər yazılı, istərsə də elektron formada olan hamısı ölkə başçısına çatır. Prezidentə gün ərzində nə qədər məktub ünvanlanır. Bunların içində televizor istəyən də var, haqsızlığa məruz qalan da. Lakin bu müraciətlərin həllində müəyyən problemlər var. İcra başçısından olunan şikayət icra başçısının üstünə yönləndirilməsi doğru deyil”.



Rubrika.Az
Geri qayıt