Əsas Səhifə > Hadisə > Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var
Neftçalada avtomobillər toqquşdu, xəsarət alanlar var3-06-2020, 20:26 |
|
Neftçala rayonunda yol qəzası baş verib. Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə Neftçala-Salyan avtomobil yolunun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2115” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2115”də olan Neftçala rayon sakinləri - 1978-ci il təvəllüdlü Abdullayev Səməd Mirələkbər oğlu və 1978-ci il təvəllüdlü Mənəfov Sadiq Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |