Əsas Səhifə > Cəmiyyət > Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib


5-06-2020, 10:38
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verillib.

Bildirilib ki, ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Rubrika.Az
Geri qayıt