Əsas Səhifə > Siyasət > Vahid Əhmədov baş nazirə müraciət etdi
Vahid Əhmədov baş nazirə müraciət etdi5-06-2020, 11:36 |
|
“Rayonlarda örüş yerləri yerli əhalidən alınıb, kənar adamlara verilir. Buna son qoyulmalıdır”. Bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, örüş yerlərini ələ keçirən şəxslərin arxasında məmurlar dayanır. “Bu yaxınlarda Qubada örüş yerləri ilə bağlı ciddi narazılıq yaranmışdı. Biz çox çətinliklə həmin etirazı yatızdırdıq”, - deyə V.Əhmədov əlavə edib. Millət vəkili təklif edib ki, Baş nazir Əli Əsədov örüş yerləri ilə bağlı qərar imzalasın. Rubrika.Az Geri qayıt |