Əsas Səhifə > Dünya > Ukraynada karantin rejiminin yumşaldılması təxirə salındı
Ukraynada karantin rejiminin yumşaldılması təxirə salındı5-06-2020, 16:03 |
![]() Ukraynanın paytaxtı Kiyevdə kafe və restoranların normal fəaliyyətinin bərpası ertələnib. Rubrika.az “Hromadske”yə istinadən xəbər verir ki, bunu brifinqdə Kiyevin meri Vitali Kliçko çıxışı zamanı deyib. “Hazırda göstəricilərdən biri – 100 min əhaliyə düşən xəstə sayı normadan çoxdur. Bu gün bu, 14,9 nəfər təşkil edir (karantinin yumşaldılması üçün 12 nəfər olmalıdır – red.)”. Bu səbəbdən paytaxtda kafe, restoran, həmçinin hovuzların ziyarəti qadağası qüvvədə qalıb. Qeyd edək ki, Kiyevdə iyunun 5-dən başlayaraq karantin rejiminin yumşaldılması gözlənilirdi. Xatırladaq ki, Ukraynada ötən sutkada daha 553 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 964-ə çatıb. Şərqi Avropa ölkəsində indiyədək 762 nəfər pandemiyanın qurbanı olub. Rubrika.az Geri qayıt |