Əsas Səhifə > İdman > FİFA Türkiyə klubuna transfer qadağası qoyub
FİFA Türkiyə klubuna transfer qadağası qoyub5-06-2020, 17:59 |
|
FİFA Türkiyə klubu “Ankaragücü”nü cəzalandırıb. Rubrika.Az Apasport.az saytına istinadən məlumatına görə, ali futbol qurumu Super Liqa təmsilçisinə 3 “transfer pəncərəsi”ndən istifadəyə qadağa qoyub. Buna səbəb paytaxt klubunun ötən mövsüm müqaviləsini təktərəfli ləğv edən fransalı müdafiəçi Toma Ertoya olan 2 milyon 295 milyon avroluq borcunu ödəməməsidir. Ankaralıların eyni zamanda yarımmüdafiəçi Alessio Çerçiyə də borcunu (1,6 milyon avro) ödəmədiyi müəyyənləşib. Qeyd edək ki, UEFA iki gün əvvəl Türkiyənin digər klubu “Trabzonspor”u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb. Rubrika.Az Geri qayıt |