Əsas Səhifə > Aktual > “Ən uğursuz işləyən nazirlik...“ - Deputat Rabitə Nazirliyini tənqid etdi
“Ən uğursuz işləyən nazirlik...“ - Deputat Rabitə Nazirliyini tənqid etdi5-06-2020, 20:23 |
|
"Koronavirus dövründə ən uğursuz işləyən nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oldu. Biz bu dövrdə provayderlər tərəfindən dayanıqlı internet görmədik. Tez-tez onlayn əlaqə kəsilirdi". Rubrika.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib. O qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin ediləcək: "Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var".//Yenisabah.az Rubrika.Az Geri qayıt |