Əsas Səhifə > Araşdırma > “Koronavirusun bədənə daxil olan üç qapısından biri gözdür...”

“Koronavirusun bədənə daxil olan üç qapısından biri gözdür...”


8-06-2020, 11:33
“Koronavirusun bədənə daxil olan üç qapısından biri gözdür...”

“Havanın təmiz olması insanın başqa bədən üzvlərinə nə qədər xeyirdirsə, gözə ondan üçqat artıq xeyri var”

Rubrika.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında şair, oftalmoloq Paşa Qəlbinur deyib. O, bir çox göz xəstəliklərinin elə ekologiyada tarazlığın pozulmasına görə yarandığını bildirib:

“Ekologiyanın təmiz olması artıq göz qabağındadır, bunu ölçmək üçün aparat və ya başqa qurğu lazım deyil. Müşahidə edirik ki, karantin rejimi elan ediləndən sonra ölkəmizdə hava xeyli təmizlənib. Göz də bədənin və beynin daha həssas olan bir hissəsidir. Havanın təmiz olması insanın başqa bədən üzvlərinə nə qədər xeyirdirsə, gözə ondan üçqat artıq xeyri var. Bir çox göz xəstəlikləri var ki, onlar ekologiyada tarazlığın pozulmasından əmələ gəlir, yəni havanın, suyun, qidanın keyfiyyətsizləşməsindən yaranır. Koronavirusun bədənə daxil olan üç qapısından biri gözdür, onun selikli qişasıdır. Ağız, burun və göz. Mənim bununla bağlı dərman preparatım olan “Aktipol”un çox böyük rolu var”.

Rubrika.Az
Geri qayıt