Əsas Səhifə > Cəmiyyət > Azərbaycanlı sabiq deputat DTX-yə çağırıldı
Azərbaycanlı sabiq deputat DTX-yə çağırıldı8-06-2020, 13:58 |
|
Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb. Rubrika.Az Report-a istinadən xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq. Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”. DTX-yə dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub. Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb. Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub. Rubrika.Az Geri qayıt |