Əsas Səhifə > Səhiyyə > Azərbaycanda baş həkim işdən çıxarıldı — Karantin qaydalarını pozduğu üçün
Azərbaycanda baş həkim işdən çıxarıldı — Karantin qaydalarını pozduğu üçün8-06-2020, 16:53 |
|
Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb. Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.(report.az) Rubrika.az Geri qayıt |