Əsas Səhifə > İdman > Dünyanın ən bahalı 10 futbolçusu - Siyahı

Dünyanın ən bahalı 10 futbolçusu - Siyahı


8-06-2020, 17:25
Dünyanın ən bahalı 10 futbolçusu - Siyahı

“CIES Futbol” nəşri dünyanın ən bahalı futbolçularının siyahısını hazırlayıb.

Rubrika.az Sportinfo.az-a istinadən xəbər verir ki, cədvəldə Avropanın "böyük beşlik" liqasında forma geyinən oyunçular yer alıb.

Siyahıda ən bahalı futbolçu PSJ-nın forvardı Kilian Mbappe olub. Fransalı forvardın qiyməti 259,2 milyon avrodur. İkinci sıradakı “Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin dəyəri isə 194 milyondur.

Siyahıda 100,1 milyon avro ilə Lionel Messi 21-ci, 62,8 milyon avro dəyərində olan Kristiano Ronaldo isə 70-ci yerdədir.

"TOP 10"-u nəzərinizə çatdırırıq:

1. Kilian Mbappe PSJ - 259,2 milyon avro

2. Rahim Sterlinq ("Mançester Siti") - 194,7 milyon

3. Yadon Sanço (“Borussiya”) - 179.1 milyon

4. Trent Aleksander-Arnold (“Liverpul”) - 171.1 milyon

5. Markus Raşford (“Mançester Yunayted”) - 152.3 milyon

6. Mohamed Salah, ("Liverpul") - 144.9 milyon

7. Sadio Mane (“Liverpul”) - 139,2 milyon

8. Antuan Qrizmann (“Barselona”) - 136.4 milyon

9. Alfonso Devis (“Bayer”) - 133.5 milyon

10. Harri Keyn ("Tottenhem") - 118,7 milyon

Rubrika.Az
Geri qayıt