Əsas Səhifə > Şou Biznes > “Mənə “dili başına bəla olan müğənni” deyirlər” - Nadir Qafarzadə

“Mənə “dili başına bəla olan müğənni” deyirlər” - Nadir Qafarzadə


9-06-2020, 16:24
“Mənə “dili başına bəla olan müğənni” deyirlər” - Nadir Qafarzadə

"Gözümü yumsam, mən də hamı kimi olacağam. Bu gün mən fərliyəm ki, hamı "dili başına bəla" olan müğənni dedikdə, mən yada düşürəm”.

RUBRİKA.AZ xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xəzər telekanalında yayımlanan "5/5" verilişinə telefon bağlantısı zamanı deyib. İfaçı hər zaman sözü üzə dediyini, dilinin heç vaxt başına bəla olmadığını bildirib: “Əslində onlar demək istəyirlər ki, Nadir sözü üzə deyən insandır. Şükür Allaha, dilim heç vaxt başıma bəla olmayıb. Dilim başıma bəla olub, pis adam olmamışam. Sosial şəbəkədə nələrsə paylaşıram. Sadəcə dost var, hansı ki, onun xahişindən keçə bilmirəm. Mən də paylaşdığımı silirəm. Gərək başdan heç nə yazmayasan ki, sonra da silməyəsən".

RUBRİKA.AZ
Geri qayıt