Əsas Səhifə > İdman > “Neftçi” 5 məşqçi ilə vidalaşdı - RƏSMİ

“Neftçi” 5 məşqçi ilə vidalaşdı - RƏSMİ


9-06-2020, 16:40
“Neftçi” 5 məşqçi ilə vidalaşdı - RƏSMİ

"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

RUBRİKA.AZ Klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Paytaxt təmsilçisi mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

RUBRİKA.AZ
Geri qayıt