Əsas Səhifə > RubrikaTV Video > Qəzalı binalarda yaşayan sakinlərin müraciətinin nəticəsi - VİDEO
Qəzalı binalarda yaşayan sakinlərin müraciətinin nəticəsi - VİDEO9-06-2020, 17:28 |
|
Lənkəran şəhərində və rayon ərazisindəki qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarında bərpa-gücləndirmə işləri aparılır. Rubrika.Az-ın Report-a isitnadən verdiyi xəbərə görə, şəhərin Nizami küçəsindəki 88, 90, 92 saylı binalarda bərkitmə və izolyasiya işləri görülür. İş icraçısı Azər Hüseynov bildirib ki, binaların kanalizasiya sistemləri yenidən qurulub, zirzəmilər betonlanıb, yeni su-kanalizasiya xətləri çəkilib, mənzillərin köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəz olunub. Təmir olunan binaların sakinləri müraciətlərinə həssaslıqla baxılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına razılıq edirlər. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaşayış binalarında aparılan təmir-bərpa işlərini ilə yerində tanış olub. T.Qaraşov təmas məsafəsini qorumaqla sakinlərlə görüşüb. İcra başçısı bildirib ki, görülən bütün işlər Prezident İlham Əliyevin vətəndaşların təhlükəsiz həyat şəraitinin təmin olunması və maddi-rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi davamlı sosial siyasətin bəhrəsidir. Şəhərin Şəhidlər xiyabanı 45/11 və 46/12 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli binada da işlərə başlanılacağını deyən T.Qaraşov sakinlərə pandemiya ilə əlaqədar tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyi də tövsiyə edib. Qeyd edək ki, ümumilikdə Lənkəranda son 5 ildə 1 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binası yenidən tikilib, 15 qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasında əsaslı təmir, bərpa-gücləndirmə və 360 binada isə dam örtükləri dəyişdirilərək yenidən qurulması işləri aparılıb. Rubrika.Az Geri qayıt |