Əsas Səhifə > Səhiyyə > TƏBİB: Təcili yardım xidmətinə çağırışlar artıb

TƏBİB: Təcili yardım xidmətinə çağırışlar artıb


9-06-2020, 22:36
TƏBİB: Təcili yardım xidmətinə çağırışlar artıb


“Təcili yardım xidmətinə çağırışlar artıb”.

Rubrika.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, hər gün 300-ə yaxın koronavirus xəstəsinin təxliyəsi üçün təcili tibbi yardım maşınları tələb olunur: “Bu həftə ərzində qruplarımızın fəaliyyətini optimallaşdırmaqla, digər çağırışlarla bağlı problemlər yaşamayacağımıza inanırıq. Bəzi vətəndaşlarımız sui-istifadə hallarına yol verməsələr, bu sahədə problemlər də azalar”.


Rubrika.Az
Geri qayıt