Əsas Səhifə > Hadisə > Abşeronda yol polisindən yayınan sürücü qəza törətdi
Abşeronda yol polisindən yayınan sürücü qəza törətdi9-06-2020, 23:25 |
|
Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib. Rubrika.Az-ın xəbərinə görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, sürücü yol polisinin "saxla" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb. Sonda o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb. Qəza zamanı 1998-ci il təvəllüdlü Hüseynov Şahmar Faiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa sınığı, bədənin müştərək travması diaqnozu qoyulub. Rubrika.Az Geri qayıt |