Əsas Səhifə > Dünya > Başına 1 milyon pul qoyulan terrorçu zərərsizləşdirildi

Başına 1 milyon pul qoyulan terrorçu zərərsizləşdirildi


10-06-2020, 11:40
Başına 1 milyon pul qoyulan terrorçu zərərsizləşdirildi

Elazığda “narıncı terrorçu” siyahısında olan Saleh Əkinçi zərərsizləşdirilib.

Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, terrorçu 19 mart 2018-ci ildə Jandarma mütəxəssisi Sürgün Çakmak və Təhlükəsizlik nümayəndəsi Yasəddin Opçinin şəhid edildiyi hücumu təşkil edənlərdən biri olub. Bu səbəblə terrorçunun başına 1 milyon lirə pul qoyulub. Türkiyənin Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək terrorçunun daxili təhlükəsizlik əməliyyatı əsasında məhv edildiyini vurğulayıb: "Elazığ-Arıcak bölgəsində bu gün həyata keçirilən əməliyyatda iki terrorçu zərərsizləşdirilib. Onlardan biri sözdə Amed vilayətinin "Ape Musa" bölgəsindən məsul olan "Devrim Dövran" kimi tanınan Saleh Əkinçidir".

Rubrika.Az
Geri qayıt