Əsas Səhifə > Mədəniyyət > Bu məşhurlarımız sərt karantində evdən çıxa biləcəklər
Bu məşhurlarımız sərt karantində evdən çıxa biləcəklər10-06-2020, 11:48 |
|
Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sərt karantin rejimində vətəndaşların ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə biləcəyini açıqlayıb. Azərbaycanda çox insan evində heyvan saxlamağa razı olmasa da, məşhurların çoxu heyvanları sevir. Rubrika.Az yenisabah.az-a istinadla evində heyvan saxlayan məşhurları təqdim edir: İt saxlayan məşhurlar deyiləndə ilk ağla gələn Xalq artisti Aygün Kazımovadır. Sənətçinin Prişka və Yanita adlı iki balaca iti var. Aktyor Sərxan Kərəmoğlu da it saxlayan məşhurlar sırasındadır. Ev heyvanı saxlayan məşhur aktyor Sərxan Kərəmoğlu isə bu rejimin ona çətinlik yaratdığını gizlətməmişdi: "Məni dərd götürüb ki, itimi çölə çıxarda bilməyəcəyəm. Bəs bu it çip-pişini harada “etsin? Evdə ölsə də, evi batırmaq olmaz". Tez-tez bahalı iti ilə gündəmə gələn müğənni Aysel Əlizadə də heyvansevərlər arasındadır. İfaçı özü verilişlərin birində iti “Booby”nin qiymətinin 10 min dollar olduğunu təsdiqləyib. O, hətta itinə sosial şəbəkədə hesab da açaraq gündəlik olaraq fotolarını paylaşır. İt saxlayanlar arasında tanınmış fitness məşqçisi Kamil Zeynallı da var. O Maks adlı iti ilə birgə vaxt keçirir, bəzən onu özü ilə efirlərə, açılışlara da aparır. Tez-tez heyvansevərliyi ilə gündəmə gələn idmançı, sahibsiz itlərə, sığınacaqlardakı heyvanlara da yardım edir. Əməkdar artist Ədalət Şükürov öz evində “York” cinsindən olan Robin adlı dekorativ it saxlayır. Əməkdar artist Aybəniş Haşımovanın blogger qızı Aynişan Quliyeva da evində it saxlayır. O Buddy adlı iti həyat yoldaşı Kənan Əliyevə doğum günündə hədiyyə etdiyini bildirib. Rubrika.az Geri qayıt |