Əsas Səhifə > Cəmiyyət > Karantin qaydalarını pozan daha bir restoran aşkarlandı: 5 nəfər saxlanıldı
Karantin qaydalarını pozan daha bir restoran aşkarlandı: 5 nəfər saxlanıldı10-06-2020, 12:27 |
|
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan restoran aşkarlanıb. Rubrika.az-ın yenisabah.az-a istinadən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı B.Mirzəyev 200 manat, digərləri 100 manat cərimə olunublar. Rubrika.az Geri qayıt |