Əsas Səhifə > Dünya > Ötən ay Moskvada hər beş nəfərdən biri koronavirusdan ölüb

Ötən ay Moskvada hər beş nəfərdən biri koronavirusdan ölüb


10-06-2020, 19:49
Ötən ay Moskvada hər beş nəfərdən biri koronavirusdan ölüb


May ayında Rusiya paytaxtında 15 713 nəfər ölüb. Onlardan 2 757 nəfəri koronavirusdan dünyasını dəyişib.

Bu isə hər beş nəfərdən birinin COVID-19-un qurbanı olduğunu göstərir.

Rubrika.Az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə RF Səhiyyə Departamentinin saytında dərc olunub.

Qurumdan bildirilib ki, 2020-ci ilin may ayında ötən ilin analoji dövrü ilə müqayisədə 5 715 nəfər çox insan ölüb. 5 260 ölüm faktı birbaşa və ya dolayı yolla koronavirus infeksiyası ilə bağlı olub.



Rubrika.Az
Geri qayıt