Əsas Səhifə > İdman > “Neftçi” “Keşlə”yə qalib gəldi
“Neftçi” “Keşlə”yə qalib gəldi10-06-2020, 20:37 |
|
Bu gün “Neftçi” və “Keşlə” komandaları arasında yoxlama oyunu keçirilib. Rubrika.Az xəbər verir ki, “Bakcell Arena”da baş tutan görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı Emin Mahmudov açıb. “Neftçi” kapitanı 10-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Kapitan iki dəqiqə sonra fərqi bir qədər də artırıb. İkinci hissədə “Keşlə” qollardan birinin əvəzini çıxsa da, “Neftçi”li Rəhman Hacıyev yekun nəticəni elan edib – 3:1. Beləliklə, “Neftçi” koronavirus pandemiyası ilə bağlı karantin dövründə keçirdiyi ilk oyunda qələbə qazanıb. Qeyd edək ki, dünən “Qarabağ” yoxlama oyununda “Sabah”a 5:0 hesabı ilə qalib gəlib. Rubrika.Az Geri qayıt |