Əsas Səhifə > Cəmiyyət > Xüsusi karantin rejiminin tələblərinə əməl etmək hər birimizin borcudur

Xüsusi karantin rejiminin tələblərinə əməl etmək hər birimizin borcudur


11-06-2020, 14:23


Bildiyimiz kimi son günlər bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla mübarəzidə bir sıra yumşaldıcı addımlar atılmasına baxmayaraq həftə sonları sərt karatin rejiminə keçirilməsi nəzərdə tutulmuş və ötən həftə sonları Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayon sakinlərinin həftə sonlarında evdə qalmaları üçün operativ qərargah tərəfindən müvafiq qərar qəbul edilmişdir.
Pandemiya ilə mübarizənin vacibliyini nəzərə alaraq vətəndaşlarımız sərt karantin rejiminin tələblərinə ciddi əməl etmiş və pandemiya ilə mübarizədə dövlətimizlə həmrəylik nümayiş etdirmişlər.
Bəzi vətəndaşlarımız tərəfindən karantin rejiminin tələblərinə əməl olunmaması ictimai qınağa səbəb olmuşdur. Yeri gəlmişkən qeyd etməyi özümə borc bilirəm ki, həmişə olduğu kimi bu çətin sınaq günlərində biz birliyimizə və həmrəyliyimizə ciddi əməl etməliyik. Modul tipli xəstəxananın açılışı zamanı möhtərəm prezidentimiz cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşını karatin rejiminin tələblərinə ciddi əməl etməyə, qapalı yerlərdə tibbi maskalardan mütləq istifadəyə çağırdı.Eyni zamanda bildirdi ki, tibbi maskalardan istifadə, sosial məsafələrin gözlənilməsi və dezinfeksiya vasitələrindən istifadə əhalimizin pandemiyadan qorunmasında müstəsna əhəmiyyətə malikdir. Ölkə vətəndaşlarının sağlamlığına yüksək əhəmiyyət verən cənab prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşını bu tələblərə əməl etməyə çağırdı.
Bu tədbirlər zamanı bəzi vətəndaşlarımızın məsuliyyətsizlik göstərmələri hər birimizdə böyük təəssüf hissi doğurur. Hər bir kəs fikirləşməlidir ki, o, bu tələblərə əməl etməklə tək özünü deyil, həm də ətrafındakıları və doğmalarını qoruyur.
Fürsətdən istifadə edərək hər bir Azərbaycan vətəndaşını xüsusi karantin rejiminin davranış qaydalarına əməl etməyə və məsuliyyətli olmağa çağırıram.

Əliyeva Şövkət
Nəsimi könüllüsü


Geri qayıt