Əsas Səhifə > Cəmiyyət > Ceyranbatandakı yanğın söndürüldü

Ceyranbatandakı yanğın söndürüldü


11-06-2020, 17:35
Ceyranbatandakı yanğın söndürüldü

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.

Rubrika.Az nazirliyin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.

Rubrika.Az
Geri qayıt