Əsas Səhifə > Dünya > Bəşər Əsəd Baş Naziri vəzifəsindən azad edib
Bəşər Əsəd Baş Naziri vəzifəsindən azad edib12-06-2020, 09:46 |
|
Suriya Prezidenti Bəşər Əsəd Baş Nazir İmad Məhəmməd Xamisi vəzifəsindən azad edib. Rubrika.Az-ın “Al Arabiya”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Suriya Prezidenti müvafiq sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Hüseyn Arnous ölkənin yeni Baş Naziri təyin olunub. Dövlət mediası bu qəfil qərarın səbəbini açıqlamayıb. Qeyd edək ki, İmad Məhəmməd Xamis 2016-cı ildən Baş Nazir postunu tutub. Rubrika.Az Geri qayıt |