Əsas Səhifə > İdman > "Liverpul" aşağı liqa klubunu darmadağın etdi
"Liverpul" aşağı liqa klubunu darmadağın etdi11-06-2020, 18:51 |
|
İngiltərənin "Liverpul" klubu yoxlama oyunu keçirib. Rubrika.Az-ın Report-a istinadən xəbərinə görə, Premyer Liqanın lideri Çempionşip təmsilçisi "Blekbörn Rovers"lə üz-üzə gəlib. "Enfild" stadionundakı qarşılaşma mersisaydlıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları Sadio Mane, Takumi Minamino, Nabi Keyta, Leyton Klarkson, Joel Matib və Ki-Yan Huver vurublar. Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq. Rubrika.Az Geri qayıt |