Əsas Səhifə > İstisadiyyat > Baş katib: “Azərbaycanı OPEC üzvü görmək istərdik”
Baş katib: “Azərbaycanı OPEC üzvü görmək istərdik”11-06-2020, 19:59 |
|
“Azərbaycan neft sənayesinin beşiyidir. Neft sənayesi Pensilvaniyada deyil, Bakıda başlayıb. Azərbaycanı OPEC-ə üzv görməyə çox şad olardıq”. Rubrika.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda OPEC-in Baş katibi Mohammad Sanusi Barkindo bildirib. Baş katib Azərbaycanın üzvlüyünün OPEC üçün qürur mənbəyi ola biləcəyini əlavə edib. O, həmçinin OPEC+ çərçivəsində də Azərbaycanla uğurlu əməkdaşlıq edildiyini vurğulayıb. Rubrika.Az Geri qayıt |