Əsas Səhifə > Mədəniyyət > Teymur Mustafayev torpağa tapşırıldı
Teymur Mustafayev torpağa tapşırıldı12-06-2020, 10:47 |
|
Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub. Rubrika.Az Report-a istinadən xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb. Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib. Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb. Rubrika.Az Geri qayıt |