Əsas Səhifə > Dünya > Tramp etirazçıları hədələdi – “Biz özümüz…”

Tramp etirazçıları hədələdi – “Biz özümüz…”


12-06-2020, 13:27
Tramp etirazçıları hədələdi – “Biz özümüz…”

ABŞ-ın Minneapolis şəhərində Corc Floydun polis tərəfindən vəhşicəsinə öldürülməsindən sonra başlayan etiraz aksiyaları davam edir.

Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, Floydun öldürüldüyü 8 dəqiqəlik görüntülər haqqında prezident Donald Tramp mətbuata danışıb: "O görüntüləri izləyəndə 8 dəqiqəlik qorxu anını yaşadığını görürsünüz, bu utancvericidir".

Prezident eyni zamanda etirazçıların Sietli "muxtar bölgə" elan etməsi ilə bağlı da danışıb: "Sietl bələdiyyəsinin sədri Cenni Dükan və Vaşinqton Valisi Cey İnsli işləri nizama salmasa, biz özümüz salmalı olacağıq".

Rubrika.Az
Geri qayıt