Əsas Səhifə > İdman > Kapitan hər il “Neftçi”dən 300 min manat alacaq
Kapitan hər il “Neftçi”dən 300 min manat alacaq12-06-2020, 17:55 |
|
Emin Mahmudov “Neftçi” ilə 3 illik yeni müqavilə imzalayıb. Rubrika.Az xəbər verir ki, o, artıq paytaxt klubunda top qovan ən yüksək ödənişli 3 futbolçudan biridir. Kapitan bundan sonra paytaxt klubundan ildə 300 min manat civarında maaş alacaq. Qeyd edək ki, bu mövsüm 26 oyunda 6 qol vuran Mahmudov «Neftçi»də Stiven Monroz və Baqali Dabodan sonra ən çox maaş alan 3-cü futbolçu olacaq. Rubrika.Az Geri qayıt |