Əsas Səhifə > Cəmiyyət > “Sərt karantin rejimi həftəiçi də tətbiq olunmalıdır“ - TƏBİB-dən açıqlama
“Sərt karantin rejimi həftəiçi də tətbiq olunmalıdır“ - TƏBİB-dən açıqlama12-06-2020, 18:43 |
|
“Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”. Rubrika.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib. Qrup rəhbəri bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olduğunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”. Rubrika.Az Geri qayıt |