Əsas Səhifə > Cəmiyyət > TƏBİB: Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşanır

TƏBİB: Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşanır


12-06-2020, 19:31
TƏBİB: Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşanır


“Artıq Bakıda pandemiya xəstəxanalarında bəzi hallarda yer çatışmazlığı problemi yaşayırıq”.

Rubrika.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V. Əliyev deyib ki, əhalinin sıx olduğu, belə problemlərin gözlənildiyi yerlər nəzərə alınaraq modul tipli xəstəxanalar quraşdırılır: “Həkimlər gecə-gündüz çalışır. Bacardığımız qədər xəstəxanalarda yerləri artıraraq xəstələri qəbul etməyə çalışırıq. Ümumilikdə, pandemiya xəstəxanalarında ən çox doluluq faizi Bakıdadır”.


Rubrika.Az
Geri qayıt